Yaponiyanın üç prefekturasında Şanşan qasırğası səbəbindən 4 nəfər xəsarət alıb.
Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, İbaraki prefekturasında yaşlı qadın küləyin şiddətli əsməsi nəticəsində yerə yıxılaraq əl-ayağını qırıb. Daha iki nəfər Tiba, biri isə Kanaqava prefekturasında xəsarət alıb.
Qasırğanın mərkəzində küləyin gücü saniyədə 35 metrə, şiddətləndikdə isə 50 metr/saniyəyə çatır.