İndoneziyada zəlzələdə ölənlərin sayı 131-ə çatdı

Google+ Pinterest LinkedIn Tumblr +

İndoneziyanın Lombok adasında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb.

Biosfer.az AFP-yə istinadən xəbər verir ki, bu barədə Təbii Fəlakətlərin Qarşısının Alınması üzrə Milli Agentliyin rəsmi nümayəndəsi Sutopo Nuqroho məlumat verib.

Xatırladaq ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, avqustun 5-də Lombok adasında 6,6 maqnitudalı zəlzələ baş verib. Yerli hökumət orqanları isə zəlzələnin maqnitudasının 7 olduğunu bildirir.

Zəlzələnin episentri 319 min əhalisi olan Mataram şəhərindən 49 km şimal-şərqdə, zəlzələ ocağı 10 km dərinlikdə olub.

Paylaş