Meşə yanğınlarına qarşı maraqlı mübarizə üsulu – Manqal yandırmaq QADAĞAN EDİLDİ – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

İsveçdə meşə yanğınlarının qarşısının alınması üçün manqal yandırmaq qadağan edilib.

Biosfer.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb ölkədə may ayından bu vaxta qədər isti və quraqlıq səbəbindən baş verən meşə yanğınlarıdır. Manqal yandırmaqla bağlı qadağaya əməl etməyənləri əvvəl pul, sonra isə həbs cəzası gözləyir.

Məlumata görə, Skandinaviyada son 66 ilin ən isti yayı müşahidə edilir. Havanın temepraturu 30 dərəcəni keçib. Ona görə də ildə 6 dəfə Aralıq dənizi sahillərini səyahət edən isveçlilər bu il tətili öz ölkələrində keçirirlər.

Dövlət televiziyası SVT-nin xəbərinə görə, ölkədə 83 yerdə başlayan və hazırda 20 yerdə davam edən yanğınları söndürmək üçün Avropa ölkələrindən kömək istənilib.

Artıq Fransa, Almaniya, Danimarka, İtaliya, Litva, Portuqaliya, Norveç kömək üçün əməkdaşlarını bu ölkəyə göndərib.

Ölkə ərazisində avqustun 30-dək ocaq yandıraraq piknik təşkil etmək və ya manqal yandırmaq qadağan edilib. Qadağanı ikinci dəfə pozan şəxslərə 2 il həbs cəzası verilə bilər.

Paylaş