İndoneziyada DƏHŞƏTLİ ZƏLZƏLƏ: Ölənlərin sayı 140 nəfəri keçdi – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

İndoneziyanın Lombok adasında 7 maqnituda gücündə baş verən zəlzələ nəticəsində ölən və yaralananlar var.

Biosfer.az xəbər verir ki, yeraltı təkanların episentri Mataram şəhərindən şimal-şərqdə yerləşib. Zəlzələ turistlər arasında məşhur olan Bali adasında da hiss edilib. Son məlumatlara görə, ölənlərin sayı 140-ı ötüb.

Zəlzələnin ocağı yerin 10 km dərinliyində qeydə alınıb. Sunami təhlükəsi elan olunub. Rəsmilər 2004-cü ildə baş vermiş sunaminin təkrarlanmasından qorxurlar. Həmin zaman təbii fəlakətdən 230 min nəfər zərər çəkmişdi.

Paylaş