Almaniyada isti hava həyatı iflic etdi

Google+ Pinterest LinkedIn Tumblr +

Almaniyada havanın hərarətinin 40 dərəcəyə yaxınlaşması nəticəsində yaşıllıqlar quruyub və çaylarda suyun səviyyəsi aşağı düşüb.

Biosfer.az Anadoluya istinadla xəbər verir ki, Almaniyada son illərin ən isti və quraq yay mövsümü qeydə alınıb. Ölkədə kənd təsərrüfatı məhsullarının yetişməsində ciddi azalma müşahidə olunur.

Almaniyanın Meteorologiya Departamenti yaxın günlərdə isti hava şəraitinin bütün ölkəni əhatə edəcəyini açıqlayıb. Çərşənbə günü temperaturun 40 dərəcədən yuxarı olacağı gözlənilir.

Paylaş