Oxot dənizinin akvatoriyasında, Kamçatka yarımadasının sahillərində 5,1 bal gücündə zəlzələ baş verib.
Biosfer.az-ın “İnterfaks”a istinadən verdiyi məlumata əsasən, zəlzələnin episentri 83 km dərinlikdə olub. Təbii fəlakətin enerji sinfi 11,8 təşkil edib.
Zəlzələ nəticəsində xəsarət alan yoxdur. Sunami təhlükəsi elan olunmayıb.