Dünyada meşələr kütləvi şəkildə yanır – Qlobal TƏHLÜKƏ

Google+ Pinterest LinkedIn Tumblr +

Bütün dünyada davam edən güclü istilər son bir neçə ayda yüzlərlə insanın həyatına son qoyub. Bir neçə ilə nəzər salsaq isə bu rəqəmlər mini keçir.

Biosfer.az Modern.az-a istinadən xəbər verir ki, bu rəqəmlər tək istivurmadan deyil, həmçinin, bütün dünyanı ağuşuna almış yanğınlarda ölən insanları da özündə ehtiva edir.

Bütün dünyada hazırda hava temperaturunun orta istilik dərəcəsinin dayanmadan artacağı gözlənilir.

Demək olar ki, bütün ölkələrdə temperatur göstəriciləri on illiyin bəlkə də ölkə tarixinin rekord həddini göstərir. Bəzi ölkələrdə göstəricilər 49 dərəcəyə çatıb. Bu cür dəhşətli qovurucu istilərin isə fəsadsız ötüşməsi qeyri mümkündür. İstilər təbii ki, meşə yanğınlarına və digər təbii fəlakətlərə gətirib çıxarır.

Hazırda meşə yanğinları ABŞ-dan tutmuş Yaponiyaya qədər və ekvatordan tutmuş şimal qütbünə qədər hər yerdə tüğyan edir. Bəzi ölkələr hətta imkanları çatmadığı üçün insanları təxliyə edərək, yanğınların özünün sönməsini gözləyir.

Modern.az son bir neçə ayda dünya ölkələrində baş vermiş yanğınlara nəzər salıb.

Ən dəhşətli faciə Yunanıstanda yaşanıb. Tək bu ay Yunanıstanda güclü yanğınlar artıq 86 nəfərin həyatına son qoyub. Bu rəqəmlərin isə artacağı gözlənilir. Belə ki, hazırda yüzə yaxın insan itkin düşmüş hesab edilir. Ölkə insan itkisi, maddi vəsaitlərin və meşə sahələrinin məhvini nəzərə alarsaq öz tarixinin ən dəhşətli meşə yanğınları faciəsini yaşayıb. Belə ki, evlər, iş yerləri, nəqliyyat vasitələri və sair şyelər yanaraq kül olub. Bu da azmış kimi ölkənin bəzi yerlərində sel fəlakəti də yaşanıb. Ölkədə dəhşətli faciəyə görə üç günlük matəm elan edilib. Dəymiş zərərin tam həcmi hələ də müəyyən edilə bilməyib. Hələ də ölkənin bir çox yerlərində xilasedicilər öz işlərini davam etdirir.

Ümumilikdə Avropa Birliyində də meşə yanğınları demək olar ki bütün ölkələri əhatə edib.

İsveçdə yanğınlar artıq 25 min hektar meşə sahəsini məhv edib. Ölkəyə dəymiş zərərin 87 milyon avro dəyərində olduğu bildirilir.

Xatırladaq İsveç və Yunanıstanda yanğınların söndürülməsində bombalardan istifadə edilib. Yanğının mərkəzində havadan bomba atılıb. Partlayış dalğası və havadakı oksigenin məhvi yanğının sönməsinə gətirib.

Şimal qütbünə yaxın olan Norveç belə meşə yanğınlarından yan keçə bilməyib.

Güclü yanğınlar Latviyanı da öz ağuşuna alıb. Ölkə yardım tələbi ilə AB-nə müraciət edib, lakin rədd cavabı alıb.

Birliyin yanğınsöndürmə xidmətindən yalnız bir helikopterin boş olduğu bildirilib. Belə ki, birliyə artıq Serbiya, Yunanıstan və Finlandiya müraciət edib. Bütün vasitələr bu və digər sahələrə yönəldilib. Latviya hazırda yardım üçün öz növbəsini gözləyir.

Almaniyada da on minlərlə hektar meşə ərazisində yanğınlar tüğyan edir. Hazırda Berlin yaxınlığında güclü meşə yanğınları ilə mübarizə aparılır.

Britaniyada da vəziyyət ürək açan deyil. Keçən ay İngiltərə alovlar içərisində olub. yanğınsöndürənlər meşə yanğınlarını çox çətinliklə nəzarətə götürməyə müyəssər olublar. Minlərlə hektar meşə ərazisi külə dönüb. Krallıq tarixinin ən güclü istilərini yaşayır. Tək yanğınlar deyil istilər də insan həyatına təhlükə kəsb yaradır.

Rusiya Federasiyasının müxtəlif respublikaları meşə yanğınının qurbanı olub. Ən güclü yanğınlar Sibir və Uzaq Şərqdə tüğyan edir. Hazırda yanğınsöndürənlər 100 milərlə hektar meşə sahəsində yanğınla mübarizə aparırlar. Tayqa meşələrində isə yanğınlar 2 milyon hektara qədər ərazini məhv edib. Rusiyanın yanğıdan ən çox zərə çəkən əraziləri isə Yakutiya, Krasnodar, Maqadan, Kamçatka, İrkutsk və Xabarovsk bölgələri olub. Bu ərazilərdə yanğınlar söndürülmür. Federasiyanın meşə təsərrüfatı idarəsinin hesablamalarına görə bu yanğınların söndürülməsinə çəkilən xərclər yanğının mümkün zərər həddini aşır. Yəni bu ərazilərdə yanğınların sönməyini gözləyirlər.

Amerika qitəsində də bu sahədə vəziyyət heç də yaxşı deyil. Kanadada meşə yanğınları nəzarətdən çıxır. Ölkənin Ontario əyalətində hazırda 30 min hektar meşə yanğın içərisindədir. Hakimiyyət digər bölgələrdən və Meksikadan yardım istəyib. Ölənlər və yaralılar barəsində hələ ki heç bir informasiya yoxdur.

Yanğınsöndürənlər ABŞ-ın Kaliforniya ştatında da meşə yanğınları ilə mübarizə aparırlar. Yanğın qarşısına çıxan hər şeyi məhv edir. Alovlar artıq 90 min əhalisi olan şəhərə yaxınlaşıb və vətəndaşların kütləvi təxliyəsi başlanılıb. Ştatda fövqəladə vəziyyət elan edilib. Hələ ki iki nəfərin ölməsi təsdiqlənib. Ölənlərin sayının artması gözlənilir.

Çox kədərli olsa da meşə yanğınları ölkəmizdə də müşahidə olunur. Meşə yanğınları ilə yanaşı güclü istilərlə əlaqədar əkin sahələrində də yanğınlara məruz qalıb. Lakin unutmaq lazım deyil ki, yanğınlar tək istilər deyil həmçinin insanların diqqətsizliyi və məsuliyyətsizliyi üzündən də baş verir.

Unutmaq olmaz ki, meşələr bizi iqlim dəyişikliyi ilə əlaqədar qarşıdan gələn güclü istilərdən qoruyacaq əsas vasitədir. Mütəxəssislər iqlim dəyişikliyinin və güclü istilərin meşə sahələrinin məqsədyönlü şəkildə kütləvi surətdə məhvi ilə əlaqələndirilər.

Paylaş