Ağsu dolayında baş vermiş yanğın söndürüldü – VİDEO (YENİLƏNDİ)

Google+ Pinterest LinkedIn Tumblr +

Avqustun 2-də saat 3 radələrində Ağsu meşəbəyliyinin 8 saylı dolayında baş verən yanğın  Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları tərəfindən qısa müddət ərzində söndürülüb.

Yanğın nəticəsində 0,4 hektar ərazidə quru ot örtüyü yanıb.

Yanğınların hansı səbəbdən baş verməsi və dəymiş ziyanın həcminin müəyyən olunması istiqamətində araşdırma aparılır.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN əhalini təbiət qoynunda olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırır.

***

Avqustun 2-də gecə saat 02:30 radələrində Ağsu və Şamaxı rayonlarının sərhəd ərazisində (Ağsu dolaylarında) meşə və meşəətrafı ərazilərdə yanğın baş verib.

Bu barədə Biosfer.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki Müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, Aviasiya dəstəsinin 2 ədəd “Mi-17” helikopteri (200-dən çox şəxsi heyət və 20 texnika), Ağsu Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları hadisə rayonuna cəlb olunub.

Yaxınlıqdakı yüksəkgərginlikli elektrik xətləri və tikililər yanğından mühafizə olunub. Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Paylaş