Dağ keçisi hücum etdi: havaya vertolyot qaldırıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Fransada yanğınsöndürənlər bir kişini aqressiv dağ keçisinin hücumundan müdafiə etmək üçün havaya vertolyot qaldırmağa məcbur olublar.

Biosfer.az-ın Rusiya KİV-ə istinadən xəbərinə görə, hadisə bu gün Bodinar-syur-Verdon kommunasında baş verib. Səhər idmanı üçün hadisənin baş verdiyi ərazidə olan 56 yaşlı kişi dağ keçisinin hücumuna məruz qalıb. O, ağaca dırmaıb, xilasediciləri çığırmaq məcburiyyətində qalıb.

Hadisə yerinə xilasedicilər, təcili yardım və yanğın xidmətinin vertolyotu gələrk, həmin şəxsi xilas ediblər.

Hücuma məruz qalan kişini xəsarətlər aldığı bildirilir.

Paylaş