İspaniyada da meşələr yanır – Təxliyə aparılır

Google+ Pinterest LinkedIn Tumblr +

İspaniyanın Əndəlusiya muxtar icmasının ərazisindəki Manilva kəndində tüğyan edən meşə yanğınları səbəbinə görə, təxminən, 400 nəfər təxliyyə edilib.

Biosfer.az TASS-a istinadən xəbər verir ki, regional təcili xidmətdən bu addımın təhlükəsizlik tədbirləri çərçivəsində atıldığı bildirilib. Həmçinin avtomobil yollarından biri müvəqqəti bağlanıb.

Qeyd edilir ki, gecə yanğınlarla əlaqədar xidmətə, təqribən, 150 zəng daxil olub.

Təbii fəlakətlə mübarizə üçün yanğınsöndürənlər, eləcə də helikopterlər cəlb olunub. Hazırda vəziyyət sabitləşir.

Paylaş