Dənizi qan gölünə çevirdilər – (FOTOLAR)

Google+ Pinterest LinkedIn Tumblr +

Danimarkanın Faroe adasında “Grindadrap” festivalından dəhşətli görüntülər ortaya çıxıb.

Biosfer.az “Milliyet” nəşrinə istinadən xəbər verir ki, bu festivalda ada əhalisi əcdadlarını yad etmək üçün balinaları və delfinləri kütləvi surətdə öldürürlər.

Faroe adasında yaşayan bir Türkiyə vətəndaşının çəkdiyi şəkillər qan dondurur.

Keçmişi 1500-cü illərə aid bu festival adada hər il keçirilir. Ölkədə bu heyvanların öldürülməsi qadağan olunsa da, adada belə bir qanun işləmir.

Balıqçılar kiçik motorlu qayıqlarla balina və delfinləri dayaz bir yerə sürərək boğazlarını kəsib onurğalarını qırırlar.

Bu festivalda qətl edilən heyvanların ətləri satışa çıxarılmır. Ada sakinləri öldürülən heyvanların ətlərini öz aralarında bölüşürlər.

Paylaş