Azərbaycan Kolumbiyaya 8 min nar ağacı tingi ixrac etdi

Google+ Pinterest LinkedIn Tumblr +

Cari ildə Azərbaycan Kolumbiyaya 8 min nar ağacı tingi ixrac edib.

Biosfer.az Trend-ə istinadən xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi İmran Cümşüdov mətbuat konfransında deyib.

İ.Cümşüdov bildirib: “Kolumbiyada həmin tinglər Azərbaycan texnologiyası üzrə əkilib”.

Xidmət rəhbəri daha sonra əlavə edib: “Azərbaycanda bitkiçilik sahəsində maddi-texniki baza ümumilikdə yaxşılaşır”.

Paylaş