Laosda tikintisi aparılan Su Elektrik Stansiyasının bəndinin çökməsi nəticəsində yüzlərlə insan itkin düşüb.
Biosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, Attapo vilayətinin San Say dairəsində baş verən hadisə zamanı su bəndi yuyub aparıb və 5 milyard kub metr su yaşayış məntəqələrini basıb.
Hadisə Ksepian-Kse SES-də baş verib. Ümumilikdə, 6 min insanın itkin düşdüyü xəbər verilir.