Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi və daşınması hallarının qarşısının alınması məqsədilə keçirilən reydlər davam etdirilir.
Bu haqda Biosfer.az-a nazirlikdən bildirilib.
Reyd zaman Quba rayonu Əski İqriq kəndi ərazisində “QAZEL” markalı 40-BN-228 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilmiş 3 m3 həcmində fıstıq cinsli girdə işlik meşə materialı aşkar olunub.
Faktla bağlı avtomobilin sahibi Zülfüqar Muradov barəsində akt tərtib olunub və ona meşə fonduna dəyən 518 manat məbləğində ziyan tətbiq edilib.