Otaq bitkiləri havanın təmizliyinə nəzarət edəcək

Google+ Pinterest LinkedIn Tumblr +

ABŞ-ın Tennessi Universitetinin alimləri evdəki hava təmizliyini izləmək üçün otaq bitkilərindən istifadə etməyi təklif edirlər. Onların fikrincə, modifikasiya olunmuş otaq bitkiləri havadakı zərərli maddələrin detektoru ola bilərlər.

Biosfer.az oane.ws saytına istinadən xəbər verir ki, bitkilər havada olan zərərli maddələrlə təmasda olduqda rəngini və parıltısını dəyişə bilirlər. Bu, meduzadan əldə edilən xüsusi yaşıl floresan zülalın bitkiyə əlavə edilməsindən irəli gəlir.

Yeni yaradılan bitki növləri radon kimi təhlükəli maddələrə və havada olan insan sağlamlığı üçün təhlükəli birləşmələrə reaksiya verə biləcəklər.

Paylaş