Hannover Beynəlxalq Hava Limanı uçuş-enmə zolağında yaranan problemlərə görə işini dayandırıb.
Biosfer.az xarici mətbuata istinadla xəbər verir ki, havanın anomal isti keçməsindən zolaqda zədələr yaranıb. Təmir işləri ilə eyni zamanda cənub zolaq da bağlıdır: “Aeroport ən azı çərşənbə günü 06:00-dək bağlı olacaq”.
Hannover aeroportu Almaniyanın əhəmiyyətinə görə 9-cu hava limanıdır.