Qızmar hava 41 nəfərin ölümünə səbəb oldu

Google+ Pinterest LinkedIn Tumblr +

Paytaxtda təcili yardım bir gündə 3099 çağırışa gedib ki, bu da ölkə tarixində rekord göstərici deməkdir.

Yaponiyada qızmar hava onlarla insanın ölümünə səbəb olub. Biosfer.az xarici mətbuata istinadla xəbər verir ki, iyulun əvvəllərindən havaların isti keçməsi ölüm faktlarının artmasına səbəb olub.

Belə ki, təkcə dünən 11 nəfər istidən dünyasını dəyişib. Yaponiya xəbər agentliklərinin məlumatına görə, dünən havanın tempraturu +40 C olub və bu, sağlamlıq problemləri olan 11 nəfərin ölümünə səbəb olub.

Paytaxt Tokioda təcili yardım bir gündə 3099 çağırışa gedib ki, bu da ölkə tarixində rekord göstərici deməkdir.

Xatırladaq ki, ölkədə iyulun ilk həftəsində 30 nəfər istidən dünyasını dəyişmişdi. 12 mindən çox insan istidən yaranmış sağlamlıq problemləri ilə tibb müəssisələrinə müraciət edib. İsti hava dalğasının hələ həftələrlə davam edəcəyini proqnozlaşdırır.

Paylaş