Nadir cəlbedici heyvan Panda

Google+ Pinterest LinkedIn Tumblr +

Pandalar dünyanın ən şirin heyvanlarından biri olub, sayları az olduğuna görə asanlıqla rast gələ bilməyəcəyiniz bir canlıdır. Pandalar haqqında oxduqca bu nəhənglərlə bizi birləşdirən cəhətlərin çox olduğunu görəcəksiniz.

Biosfer.az xəbər verir ki, Tibet əfsanəsinə görə, günlərin birində balaca bir qızcığaz meşədə ağ ayı görür. Onlar çox tez dostlaşır və tez-tez bir yerdə oynarlarmış. Bu balaca ağ ayı günlərin birində bəbirin hücumuna məruz qalır. Qızcığaz ayının müdafiəsinə qalxarkən həlak olur. Onun dəfninə bütün ayıcıqlar qara ayaqqabılarda və əlcəklərdə gəlirlər. Onlar pəncələri ilə göz yaşlarını silir, “əlləri” ilə başlarını tutaraq, ah–nalə edirdilər. Məhz buna görə pandaların qulaqları və gözlərinin altı qara rəngdədir. Pandalar, təbiətin qəribə varlıqlarıdır. Onlar ən nadir və az öyrənilən iri heyvanlara aiddirlər.

Pandalar olduqca sakit təbiətli heyvanlardır. Onların insanlara hücüm etməsi nadir hallarda görülür. Digər ayı növlərindən fərqli olaraq iri dırnaqlarını ancaq özlərini qaşımaq və təmizlənmək üçün istifadə edirlər. 99% qidalarını bitkilər təşkil etsə də, bəzən balıq ovlamaq eşqinə düşə bilirlər.

Panda ayı, yoxsa yenot növünə aiddir?

Bu heyvanların dərisində aparılan tədqiqatlardan sonra sübut olunmuşdur ki, pandalar ayıdırlar. Ona görə də, pandanı “bambuk ayısı” adlandırırlar. “Panda” sözü yerli “nyala poncha” sözündən əmələ gəlmişdir, bambuk gəmirən mənasını verir. Panda bambuk budaqlarını yoğun pəncələri ilə tutaraq yeyir. Pandaların altıncı barmağı da var, odur ki, onlar nazik budaqları da möhkəm saxlaya bilirlər. Panda, adətən bambuk tumurcuqları ilə qidalanır.

Pandalar Ginnesin Rekordlar Kitabına “ən nadir cəlbedici heyvanlar kimi” düşüblər. Vəhşi təbiətdə yalnız 1600 panda qalmışdır. Çində panda milli sərvət elan edilib. Ləng tərpənən gombul “Panda Po” obrazı şərlə mübarizəni əks etdirən “Kunq Fu Panda” Çin cizgi filminin əsas qəhrəmanıdır.

Paylaş