Ken Kiefer adlı fotoqrafın cəsarətli fotosessiyası mətbuatın diqqətini cəlb edib. O, çox az insanın cəsarət edə biləcəyi bir işə imza atıb.
Biosfer.az xarici mətbuata istinadla xəbər verir ki, Ken Kiefer suyun altında model qızlarla timsahların şəkillərini çəkib. Olduqca qorxulu anların yaşandığı bu sualtı çəkilişlər uğurlu alınıb. Çəkiliş zamanı heç bir təhlükəli hadisə baş verməyib.