Kənd sakinlərinin bir illik zəhməti hədər getdi

Google+ Pinterest LinkedIn Tumblr +

Leysan xarakterli yağışın yağması ilə əlaqədar çaylarda suyun səviyyəsi qalxıb, bəzi kəndlərdə işıq enerjisinin verilməsində fasilələr yaranıb.

Gecədən yağan leysan xarakterli yağış şimal bölgəsində fəsadlara yol açıb. Biosfer.az-ın verdiyi məlumata görə, Quba, Qusar və Şabran rayonlarına yağan güclü yağış nəticəsində kənd təsərrüfatına ziyan dəyib.

Yağış şimal bölgəsində fəsadlara yol açıb

Şabranın Söhbətli kənd sakinlərinin sözlərinə görə, uzun müddətdir ki, havalar isti keçir və birdən-birə belə yağışın yağması, gözlərini dikdikləri pomidor sahələrinə ciddi zərər verir. Belə ki, pomidor ağacları qırılıb, yerlə bir olub.

Sakinlərin fikrincə, belə yağışdan sonra pomidorların üzərində zədələr əmələ gələcək. Bu da kəndlinin bir illik onların zəhmətinin hədər getməsi deməkdir.

Yağış şimal bölgəsində fəsadlara yol açıb

Quba rayonunun dağlıq ərazilərində isə leysan xarakterli yağışın yağması ilə əlaqədar çaylarda suyun səviyyəsi qalxıb. Bəzi kəndlərdə işıq enerjisinin verilməsində fasilələr yaranıb.

Qusarda da təbiət hadisəsi fəsadlara yol açıb. Yağan yağış nəticəsində biçin sahələrində biçin prosesi dayandırılıb. Taxıl sahələri yerlə bir olub.

Yağış şimal bölgəsinə gələn turistləri də çətin duruma salıb. Hazırda yağış və sel təhlükəsi davam edir.

 

Paylaş