İlanlar həyətlərə doldu

Google+ Pinterest LinkedIn Tumblr +

Şimal-qərb bölgəsində ilan sancması halları durmadan artır.

Bu yay Azərbaycanda, xüsusilə şimal-qərb bölgəsində ilan sancması halları erkən başlayıb. Artıq demək olar ki, hər gün bir insanı ilan sancır.

Bu dəfə ilan sancması hadisəsi Şəkidə baş verib. Biosfer.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, ötən gecə rayonun Cəyirli kənd sakini, 2008-ci il təvəllüdlü Dinar Məmmədova tualetə gedən zaman bilmədən ilanı ayaqlayıb.

Nəticədə zəhərli sürünən onun sol ayağının topuq nahiyəsindən sancıb. 10 yaşlı qız dərhal Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Paylaş