Özünü müdafiə etməyi bacaran KİRPİLƏR HAQQINDA

Google+ Pinterest LinkedIn Tumblr +

Kirpinin iti iynələri var və o bununla özünü düşmənlərindən müdafiə edir. Təhlükə yarandığı zaman diyirlənib yumru top şəklini alır. Təhlükə sovuşan kimi əvvəlki vəziyyətinə qayıdır. Onun qara burnu və iri gözləri vardır.

Biosfer.az xəbər verir ki, kirpi günortalar kolların arasına girib yatır. Adətən ova axşamlar çıxır. Kirpi heç zəhərli ilandan da qorxmur. O, ilan görən kimi onun ətrafında tez tez fırlanaraq tikanları ilə bədəninə batırır.

Kirpi adətən insan olan yerlərdə özünə məskən salır və qışa payızda hazırlaşmağa başlayır. O, qışa ehtiyat kimi yağ yığmaq üçün çox yeyir. Kirpi dərisinin altına quru yarpaq və otları toplayıb yaza qədər yatır.

Yazda isə kirpinin balaları doğulur. Balalar kor, kar və dişsiz olur. Tikanları bir neçə saatdan sonra əmələ gəlməyə başlayır. Gözləri isə 2 həftədən sonra açılır.

Kirpi yırtıcı heyvandır. O, həşərat, ilan, qurd, ilbiz və qurbağalarla qidalanır. Kirpinin qoxu bilmə qabiliyyəti onun görmə qabiliyyətindən daha yaxşı inkişaf etmişdir.
Kirpini 36 dişi olur. Onlar suyu sevmirlər. Onun bədəninə su dəyəndə çox məyus olur və özünü köməksiz kimi hiss edir.

Kirpinin bu xüsusiyyətini bilib bəzi heyvanlar pəncələri ilə kirpinin üzərinə su atarlar. Məsələ tülkülər bunu etdiyi kimi. Kirpilər insanlara fayda verir. Onlar ziyanverici həşəratları öldürür, siçanları ovlayırlar. Bəzi insanlar evlərində kirpi bəsləyirlər. Ancaq onların çöldə yaşamaları daha məqsədəuyğundur.

Paylaş