Qanunsuz ov edən şəxslər cərimələndi

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Daxili İşlər Nazirliyinin birgə tədbirlər planına əsasən qanunsuz ovun qarşısını almaq məqsədilə Ağcabədi rayonu ərazisində reyd keçirilib.

ETSN-in mətbuat xidmətindən Biosfer.az-a bildirilib ki, reyd zamanı rayonun Üzeyir adlanan sahəsində qanunsuz ov edən iki şəxs saxlanılıb. Onlardan 2 ov tüfəngi, patrondaş, qanunsuz ovlanmış 1 baş çöl donuzu götürülüb. Araşdırma zamanı qanun pozucularının Ucar şəhəri sakini Həsən Ələsgərov və Göyçay rayon sakini Ayaz İsmayılov olduğu müəyyən edilib və fakt müvafiq qaydada sənədləşdirilib.

Qanun pozucularının hər birinin İnzibati Xətalar Məcəlləsinə əsasən 2000 manat məbləğində cərimə edilməsi üçün qanunvericiliyə uyğun qaydada zəruri tədbirlər görülür.

Paylaş