ABŞ-da fırtına nəticəsində 28 nəfər xəsarət aldı – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

Birləşmiş Ştatların Şimali Dakota ştatında baş verən qasırğa nəticəsində 28 nəfər xəsarət alıb.

Biosfer.az yerli mətbuata istinadən xəbər verir ki, ən azı 3 yaralı ağır vəziyyətdədir.

Qasırğa gecə yarısı Uotford Sitidə baş verib. Zərərçəkmişlərin əksəriyyəti gecəni çadırlarda keçirib. Fırtına şəhərə dörd il əvvəlkindən daha çox ziyan vurub. Küləyin sürəti 111-135 mil/saat arasında dəyişib.

Paylaş