Yaponiyada leysan yağışlar, torpaq sürüşmələri və daşqınlar nəticəsində ölənlərin sayı 140 nəfərə çatıb, 70 nəfər itkin düşmüş hesab edilir.
Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılması və xilasedici əməliyyatlara 75 min nəfər cəlb edilib.
***
Yaponiyanın qərb hissəsində leysan yağışlarının törətdiyi fəsadlar nəticəsində ölənlərin sayı artıq 88 nəfər təşkil edir.
Biosfer.az “Reuters”ə istinadən xəbər verir ki, onlarla insan itkin düşmüş hesab olunur.
Kurasiki şəhərində 2 mindən çox insan xilas edilib.
***
Yaponiyanın Küsü və Sikoku adalarında 3 gündür davam edən yağışların yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb.
Biosfer.az xəbər verir ki, hazırda 92 nəfər itkin düşmüş hesab edilir.
Təbii fəlakət çoxsaylı sürüşmələrə və dambaların dağılmasına gətirib çıxarıb, bir çox evlər su altında qalıb.