Antarktida – ən soyuq qitə

Google+ Pinterest LinkedIn Tumblr +

Ən soyuq və küləkli qitə olan Antarktida planetimizin ən cənub nöqtəsində – Cənub qütbündə yerləşir. Yer kürəsinin buzlaq və şirin su ehtiyatlarının əsas hissəsi burada toplanıb. Yaşayış üçün heç bir şəraitə malik olmayan Antarktida qalın buz qatı ilə örtülmüş materikdən və çoxlu sayda adadan ibarətdir.

Antarktida ən hündür materikdir. Burada buz qatının qalınlığı 4.8 kilometrə çatır. Yayda sahil boyunca yerləşən buz qatı əriməyə başlayır və iri buz hissələrinə – aysberqlərə parçalanır.

Biosfer.az xəbər verir ki, 1983-cü ilin qışında Antarktidada Yer kürəsində ən aşağı temperatur -89.2 Selsi dərəcə qeydə alınmışdır. Yayda Antarktidada qütb gündüzü hadisəsi müşahidə edilir. Bu zaman 21 sentyabrda doğan günəş yalnız 22 martda batır. Bundan sonra isə növbəti 21 sentyabradək üfüqdə günəş görünmür və qütb gecəsi hadisəsi baş verir.

Antarktidada daimi yaşayış yoxdur, yalnız elmli ekspedisiyalar və az saylı turistlər müəyyən müddətə bura baş çəkirlər.

Antarktidanın bitki aləmi də olduqca kasıbdır. Burada yalnız nadir mamır və şibyələr bitir. Antarktidada heyvanlar da azdır, məməlilər isə demək olar ki, yoxdur. Amma Antarktidanın suları heyvanlarla zəngindir. Onurğasızlardan isə məməlilər, quşlar və balıqlar üçün yem sayılan xərçəngkimilərin çoxlu növünə rast gəlmək olur. Antarktida sularında çoxlu sayda pərayaqlılar və balinalar yaşayır. Pərayaqlılara suitilərin müxtəlif növlərini misal göstərmək olar. Burada kaşalot, orka və nadir görünən butulka burun kimi dişli və bığlı balinalara rast gəlinir.

Antarktidanın ən iri yırtıcı heyvanı su bəbiridir. Qitənin sahillərində və onu əhatə edən buzlaqlarda əksəriyyəti pinqvinlər olmaqla, 45 növ quşa rast gəlinir.

Antarktidada fəaliyyətdə olan vulkanlar mövcuddur. Başqa sözlə, Antarktida Yer kürəsinin təkcə ən soyuq deyil, həm də yerin dərin qatlarında ən isti yeridir.

Paylaş