Dünyanın ən qəribə və qeyri-adi heyvanları – FOTOLAR

Google+ Pinterest LinkedIn Tumblr +

Dünyanın faunası çox zəngindir. Bizə elə gəlir ki, orta məktəbdə zoologiya dərsində bütün heyvanlardan bəhs olunur. Ancaq nə qədər canlı var ki, hələ yeni-yeni kəşf edilir.

Biosfer.az sizə dünyanın ən qəribə və qeyri-adi görünüşlü heyvanlarını təqdim edir:

Venesuela güvəsi

Yeni kəşf edilən Venesuela güvəsi həm ev itinə, həm də güvəyə bənzəyən böcək növüdür. Ana vətəni adından da göründüyü kimi Venesueladır.

Çəhrayı pəri armadillosu

Çəhrayı pəri armadillosu armadillo növünün ən kiçiyi və sevimlisidir. Yarım kilo çəkisi olan çəhrayı pəri armadillosu köstəbəklər kimi həyat tərzi sürür. Ana vətəni Cənubi Amerikadır.

Sayqa

Nəsli kəsilməkdə olan canlıdır. Uzun burunları sayqaların əsas özəlliyidir. Buynuzlar yalnız erkəklərdə olsa da, ümumilikdə sayqalar təhlükəli heyvanlardır. Ana vətəni Orta Asiyadır.

Boru burunlu meyvə yarasası

İndoneziyanın Muller dağlarında və o ətrafda yaşayır.

Okapi

Zebranı xatırladan Okapi daha çox zürafəyə bənəzyir. Orta Afrikada yaşayan okapilər 2,5 metr uzunluğunda və 340 kq-a qədər olurlar.

Tikanlı kərtənkələ

Tikanlı kərtənkələyə yalnız Avstraliyada rast gəlmək olar. Əjdahaya bənzəyən kərtənkələ tikanlarından gizlənmək üçün istifadə edir.

Eybəcər balıq (Blobfish)

2013-cü ildə kəşf edilən dəniz canlısı dərin sularda yaşayır.

Fırfırlı köpək balığı

Təxminən 1500 metr dərinlikdə yaşayan fırfırlı köpək balığı ovunu ilan kimi sarılaraq ələ keçirir. Cənubi Afrika ətrafında yaşayır.

Qurd balığı

Çox soyuq sularda yaşayan canlıdır. Qurd balığı bədənin temperaturunu yüksək saxlayan təbii antifriz istehsal edir. Atlantik okeanında yaşayır.

Qoblin köpək balığı

Kəskin dişləri ilə fərqlənən Qoblinin nəsli tükənmək üzrədir.

Stareater

Dərin su hövzələrində yaşayan balıq növüdür.

Black Swallower

Bu balıq maraqlı özəlliyə sabidir. Belə ki, Black Swallower özündən böyük balıqları yeyə və çeynəyə bilir.

Ulduz burunlu köstəbək

Paylaş