Əncirin vətəni haradır?

Google+ Pinterest LinkedIn Tumblr +

Alimlərin fikrincə, əncir ağacına 5 min il bundan əvvəl Kiçik Asiyada rast gəlinib. Bu ağacın sonradan Orta Asiya və Şimali Afrikaya yayıldığı güman olunur.

Qədim Romada əncirə böyük qiymət verirdilər. Əncir ağacı quruyanda bütün Romalılar bədbinliyə qapılırdılar. Qədim Hindistanda demək olar ki, hər kənddə əncir ağacı yetişdirilirdi. Insanlar bu ağacı özlərinə dayaq hesab edir, yanında qurban kəsirdilər. Ağacı südlə isladır, üstünə çörək, gül və ya ətirli şeylər qoyurdular.

Əncir ağacının hündürlüyü 4 metrdən 10 metrə qədər olur. Qalın budaqları və iri tünd yaşıl yarpaqları var. Əncir ağacı formaca armuda bənzər, güllər açır. Əncir təkcə meyvə kimi istifadə olunmur.

Onun şirəsindən şərab, parça üçün boyaq hazırlanır. Meyvəsini qurudub qışa saxlayırlar. Əncir öskürək və boğaz xəstəlikləri üçün faydalıdır. Tərkibində bir çox vitaminlər var.

Əncirin həm də dadlı mürəbbəsi olur. Azərbaycanda ən çox əncir Abşeronda, xüsusən Abşeron bağlarında yayılıb. Abşeron ənciri öz şirinliyi və gözəl dadı ilə fərqlənir.

Paylaş