“Səhra gəmisi” adlandırılan DƏVƏLƏR HAQQINDA

Google+ Pinterest LinkedIn Tumblr +

Dəvələr quru yerlərin sakinləridirlər. Bu nəhəng heyvanlar çəkisi 500 kiloqrama çatır. Dəvələr qoşadırnaqlılar ailəsinə aiddir. Dəvələrin ayaqları uzun olur. Onların boyunları da uzun və nazikdir, başları da böyük olmur. Dəvənin dodaqları yumşaq olsa da, o tikanları ağzına ata bilir.

Biosfer.az xəbər verir ki, dəvələrin dəriləri qalın yun qatı ilə örtülü olur. Bellərində hörgücləri olur. Bu hörgüclərin sayına görə dəvələri birhörgüclü və yaxud ikihörgüclü adlandırırlar.

Hörgüclərdə yağ ehtiyatı yığılır. Bunun sayəsində dəvələr quraqlığa asanlıqla tab gətirir. Dəvələr gövşəyən heyvanlardır. Onlar yovşan, şoran otu, dəvətikanı və saksaulla qidalanırlar.

Dəvələr həftələrlə susuz qala bilirlər. 50 litrə yaxın suyu birdəfəyə içirlər. Dəvələr həm şirin həm də duzlu su içməyi bacarırlar. Birhörgüclü dəvələr Şimali Afrika və Ərəbistan səhralarında dolaşan Bədəvi ərəblərin ev heyvanıdır.

Dəvələr yükdaşıyan və minik heyvanlardır. Mərkəzi Asiya səhralarında isə bu “vəzifəni” ikihörgüclü dəvələr yerinə yetirir. Onların yunundan və ətindən istifadə edirlər.

Səhra sakinləri dəvəni yüksək qiymətləndirir və bu heyvanları “səhra gəmisi” adlandırırlar.

Paylaş