Bodrumda meşə yanır

Google+ Pinterest LinkedIn Tumblr +

Türkiyənin cənub-qərbində Bodrum rayonunun Muğla vilayətində meşə ərazisində güclü yanğın başlayıb.

Biosfer.az Trend-ə istinadən xəbər verir ki, fövqəladə xidmət yanğının meşənin 3 ha ərazisini əhatə etməsi barədə bildirib. Xəsarət alanlar barədə məlumat verilməyib.

Hazırda yanğının lokallaşdırılması istiqamətində operativ işlər aparılır. Bu məqsədlə yanğınsöndürmə briqadası ilə bərabər vertolyotlar da prosesə cəlb edilib.

Qeyd edək ki, sonuncu dəfə iyulun 3-də İstanbulun meşə sahəsində güclü yanğın baş vermişdi.

Türkiyə ərazisinin 27,6 faizini meşə sahələri təşkil edir.

Paylaş