Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində itkin düşənlərin sayı 332 nəfərə çatıb. Bundan əvvəl 197 nəfərin itkin düşdüyü bildirilirdi.
Biosfer.az xarici mətbuata istinadən bildirir ki, təbii fəlakət nəticəsində 120 nəfər həyatını itirib.
Hündürlüyü 3,7 kilometr təşkil edən Fueqo Qvatemalanın ərazisində yerləşən ən fəal vulkanlardan biridir. Qvatemalanın eyni adlı paytaxtından 40 kilometr aralıda yerləşən vulkan iyunun 3-dən püskürməyə başlayıb.