İsti hava 6 can aldı

Google+ Pinterest LinkedIn Tumblr +

Kanadanın Monreal şəhərində havaların kəskin isti keçməsi nəticəsində 6 nəfər dünyasını dəyişib.

Biosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Monrealda havanın temperaturu bazar ertəsi axşam 35 dərəcəyə çatıb. Təcili tibbi yardım xidmətləri adi günlərlə müqayisədə nəzərə çarpacaq dərəcədə çox zəng qəbul ediblər.

“Montreal Gazette”nin məlumatına görə, Monrealda 2010-cu ildən bu yana güclü istilər səbəbindən 106 nəfər ölüb.

İsti hava şəraitinin cümə gününə qədər davam edəcəyi bildirilir.

Paylaş