Pakistanda leysan 10 nəfərin ölümünə səbəb oldu

Google+ Pinterest LinkedIn Tumblr +

Pakistanın şimal-şərqində yerləşən Lahor şəhərində musson leysan yağışları nəticəsində azı 10 nəfər ölüb.

Biosfer.az TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistanın Xilasedici Xidməti məlumat yayıb.

Bildirilib ki, təbii fəlakət qurbanlarının yarısı binaların dam örtüyünün yağışın təzyiqinə dözməyərək çökməsi nəticəsində ölüblər. İki nəfəri isə elektrik cərəyanı vurub.

Son sutkada Lahora 252 mm yağıntı düşüb. İyul üçün aylıq norma isə 202,1 mm-dir.

Məlumata görə, Pakistanın Pəncab əyalətində də leysan yağışları ara vermir.

Paylaş