Şəki sakinləri itlərin hücumuna məruz qaldı

Google+ Pinterest LinkedIn Tumblr +

Şəkidə üç nəfəri it dişləyib.

Biosfer.az APA-ya istinadən xəbər verir ki, dünən axşam saat 19 radələrində Şəki şəhəri M. Məmmədov küçəsi, ev 10 ünvanında yaşayan 2008-ci il təvəllüdlü Vüsal Saleh oğlu Cabbarlı sol budun, saat 20 radələrində Şəki şəhəri Gənclər küçəsi, ev 14 ünvanında yaşan 1961-ci il təvəllüdlü Ceyhun Qafur qızı Rəsulova sağ baldırın və saat 21 radələrində Şəki şəhəri H. Cavid küçəsi ev 23 ünvanında yaşayan 2006-cı il təvəllüdlü Fərid Eldar oğlu Əhmədov hər iki budun it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) müraciət ediblər.

MRX-dan bildirilib ki, hər üç şəxsə xəstəxanada lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Paylaş