“İkinci Yer planeti” aşkarlandı

Google+ Pinterest LinkedIn Tumblr +

ABŞ-lı tədqiqatçılar bizim planetdən 500 işıq ili uzaqlıqda yerləşən “Kepler 186f” kosmik obyektini “ikinci Yer planeti” adlandırıb.

Biosfer.az “ren.tv”-yə istinadən xəbər verir ki, alimlərin fikrincə, sözügedən kosmik obyekt bir sıra göstəricilərə görə Yerə ən çox bənzərliyi olan planetdir.

Temperatur rejimi ideal olmasa da, Yerdəkinə çox yaxındır. Bundan başqa, planetin səthində suyun olması ehtimalı yüksəkdir.

Eyni zamanda “Kepler 186f”in  oxunun mayılı olması səbəbindən planetdə fəsillər də mövcuddur.  Tədqiqatçılar orada sadə həyat forması kəşf edəcəklərini istisna etmir.

Paylaş