İşğal altındakı ərazilərdə yanğın – FOTO

Google+ Pinterest LinkedIn Tumblr +

“Azərkosmos” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Azersky” peyki vasitəsilə Ermənistan tərəfindən törədilmiş yanğınların monitorinqini aparıb.

Səhmdar Cəmiyyətdən Biosfer.az-a bildiriblər ki, yanğınlar əsasən cəbhənin Ağdam rayonu istiqamətində törədilib.

İyunun 29-da Ağdam rayonunun işğal altında olan yaşayış məntəqələri üzrə ümumilikdə 280 hektar ərazinin yandığı aşkar edilib.

Hazırda monitorinqlər davam etdirilir.

Paylaş