5,4 bal gücündə zəlzələ Yunanıstanın Peloponnes yarımadasının sahili yaxınlığında baş verib.
Bu barədə Biosfer.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.
Xidmətin məlumatına görə, zəlzələnin mərkəzi 10 km dərinlikdə yerləşir.
Zəlzələnin episentri isə Metoni şəhərindən 38 km qərbdə idi.
Qurbanlar və dağıntılar barədə məlumat yoxdur.