İyulun 1-dən bitkilərlə bağlı dərmanlama işlərinə başlanılacaq

Google+ Pinterest LinkedIn Tumblr +

İyulun 1-dən etibarən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə dövlət nəzarətini həyata keçirəcək.

Biosfer.az xəbər verir ki, bunu Agentliyin sədri Qoşqar Təhməzli mətbuat konfransında deyib.

Q.Təhməzli bildirib ki, qida məhsullarının dövlət qeydiyyatının aparılması “ASAN xidmət” vasitəsilə həyata keçiriləcək:

“Müəssisələrdə istehsal olunan məhsullar beynəlxalq ekspertizaya cəlb olunacaq. Bu da risk qrupuna görə dəyərləndiriləcək. Ekspertlər məhsulu risk qrupuna görə qiymətləndirib laboratoriyaya göndərəcək”.

Agentliyin sədri əlavə edib ki, iyulun 1-dən etibarən Kənd Təsərrüfatı Nazirliyi baytarlıq sahəsində vaksinasiya işlərini həyata keçirəcək: “Eyni zamanda, bitkilərlə bağlı dərmanlama işlərinə başlanılacaq”.

Paylaş