Sirkdə qorxulu anlar – STRAUS UŞAĞA DİMDİK ATDI – VİDEO

Google+ Pinterest LinkedIn Tumblr +

Kazanda sirk tamaşası zamanı xoşagəlməz hadisə yaşanıb.

Biosfer.az xəbər verir ki, tamaşa zamanı straus tamaşaçılara hücum çəkib. Səs-küydən hürkən nəhəng quş səhnədən tribunaya sıçrayıb. Hətta uşaqlardan birinə dimdik də atıb.

Sosial şəbəkədə yayımlanan görüntülər müzakirələrə səbəb olub. Strausun nəzarətdən çıxdığını görən təlimçi əvvəlcə başını tutub. Sonra özünə gələrək strausu səhnədən çıxarıb. Az sonra tamaşa davam edib.

Tatarıstan Səhiyyə Nazirliyi hadisə nəticəsində zərərçəkən olmadığını açıqlayıb. Sirkdən isə həmin quşun bir daha tamaşalarda iştirak etməyəcəyi bildirilib.

Paylaş