Günəşdən Yerə TƏHLÜKƏ: Ayın son günləri…

Google+ Pinterest LinkedIn Tumblr +

“Hazırda Günəş diskinin Yerə yönələn hissəsində böyük maqnit ləkəsi əmələ gəlib”.

Biosfer.az xəbər verir ki, bu barədə Publika.az-a açıqlamasında Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov deyib.

Onun sözlərinə görə, bu günlərdə baş verən Günəş alışmaları da bununla bağlıdır və alışmalar davam edəcək: “Adətən, maqnit ləkələrinin sayı çox olub böyük sahəni əhatə edəndə güclü alışmalar baş verir. Hazırda müşahidə edilən ləkə tək olduğuna görə alışma da zəifdir. Onun Yer kürəsinə təsiri də azdır”.

N.Cəlilov onu da vurğulayıb ki, maqnit qasırğalarını yaradan səbəb həm alışmalar, həm də tac atılmalarıdır.

“Tac atılmaları zamanı Günəşdən qaynar plazma Yer səthinə yönəlir. Bu zaman yerin maqnit sahəsini silkələyir və qasırğalar əmələ gəlir. Hazırda Günəşdə tac atılmaları müşahidə edilir. Günəş hərəkət etdikdə, həmin atılmaların Yerə doğru yönəlməsi ehtimalı böyükdür. İyunun 28-29-da qasırğa proqnozu böyük ehtimalla özünü doğruldacaq. Qasırğanın gücü G1 indeksində olacaq. Bu da qırmızı xətt üzrə ən aşağı səviyyə hesab edilir. İyunun 27-də az təlatümlər başlayacaq, sonrakı iki gün ərzində pik həddi olacaq. Sonra isə sönəcək və ondan sonrakı günlərdə Günəşdə sakit dövr başlayır”.

Paylaş