Tayvanda ardıcıl iki zəlzələ oldu

Google+ Pinterest LinkedIn Tumblr +

Tayvanda 4,7 bal gücündə zəlzələ baş verib.

Biosfer.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Xidmətinin məlumatında bildirilir.

Yeraltı təkanların episentri Xualyan şəhərindən 64 km şərqdə, ocağı 30 km dərinlikdə yerləşib. Bundan əvvəl paytaxt Taybeydən 111 km cənub-qərbdə 4,2 maqnitudalı təkanlar qeydə alınıb. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.

Qeyd edək ki, fevralın 6-da Xualyanda tələfatla nəticələnən 6,5 bal gücündə zəlzələ baş verib.

Paylaş