Şamaxıda yer yerindən oynadı – Ciddi təhlükə yaşanır

Google+ Pinterest LinkedIn Tumblr +

Şamaxı-Çuxuryud-Dəmirçi avtomobil yolu yenidən sürüşməyə məruz qalıb. Hadisəyə güclü yağışların səbəb olduğu bildirilir.

Biosfer.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, yolun sağ və sol yamaclarından başlayan torpaq axını və iri çatlar asfalt örtüyünə xeyli ziyan vurub. Dəmirçi kəndinin girişində asfalt örtüyü iki yerə bölünərək yolda 45-50 santimetr enində iri yarğanlar əmələ gətirib.

Xatırladaq ki, bir ay bundan öncə Şamaxı-Çuxuryud-Dəmiriçi yolunun 3 hissəsində sürüşmə baş vermişdi. Artıq sürüşmənin əhatəsi böyüyüyərək 15 metrə çatıb. Ərazidə hər gün yeni sürüşmələr və uçqunlar qeydə alınır. Yolun bəzi hissələrində asfalt örtüyü 15 metr uzunluqda, 5 metr dərinlikdə çöküb.

Artıq bir aydan çoxdur ki, Şamaxı-Çuxuryud-Dəmirçi yolunda sürüşmənin baş verdiyi nöqtələrdə bərpa işləri aparılsa da, havaların yağıntılı keçməsi səbəbəbindən ərazidə yeni sürüşmələr əmələ gəlir. Hazırda da torpaq sürüşməsi davam edir.

Ərazidə çalışan mütəxəssislərin sözlərinə görə, sürüşmənin baş vermə səbəbi yağan güclü leysan yağışlarıdır. Yağıntılar nəticəsində yolun dağ yamaclarına yığılan sel suları ərazidə gölməçələr əmələ gətirir ki, bu səbəbdən də yamcalardan başlayan iri çatlar böyüyərək yola doğru hərəkət edir və asfalt örtüyünün dağılmasına səbəb olur.

Hazırda bu problemləri birdəfəlik aradan qaldırmaq üçün sürüşmənin baş verdiyi ərazilərdə mütəxəsislər tərəfindən işlər görülür.

Qeyd edək ki, Şamaxı rayonu paytaxtdan 123 kilometrlik (1.3 saatlıq) məsafərə yerləşir. Rayon ərazisində intensiv təbii fəlakətlər baş verir.

 

Paylaş