Rusiyada meşə yanğınlarının sahəsi 5,5 min hektar artıb

Google+ Pinterest LinkedIn Tumblr +

Rusiyada meşə yanğınlarının sahəsi sutka ərzində 5,5 min hektar artaraq 15,9 min hektara çatıb.

Biosfer.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hazırda ölkə ərazisində ümumilikdə 71 yanğın ocağı qeydə alınıb.

Meşə yanğınlarından ən çox Krasnoyarsk diyarı və Yakutiya zərər çəkib. Yanğınla mübarizə daha doqquz federasiya subyektində aparılır.

Yanğınların söndürülməsinə 2 000-dək canlı qüvvə, 232 ədəd texnika və 85 hava nəqliyyatı cəlb olunub.

Paylaş