Göygölə yağan dolu fərdi təsərrüfatlara ziyan vurdu, ağaclar qırıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Bu gün Göygölə dolu yağıb.

Biosfer.az APA-ya istinadən xəbər verir ki, dünən Göygöl rayonunda yağan dolu və yağış fəsadlar törədib. Rayon ərazisində bəzi yerlərdə ağaclar qırılıb, fərdi təsərrüfatlara ziyan dəyib.

Rayon İcra Hakimiyyəti Aparatından verilən məlumata görə, dolu əsasən rayon mərkəzi, Mollacəlili və Topalhəsənli kəndlərində müşayiət olunub.

Hazırda dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı iş aparılır.

Paylaş