Hindistanda içməli su çatışmazlığı ciddi böhrana səbəb olub.
Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, Hindistan öz tarixində hər il 200 min insanın ölümünə səbəb olan su çatışmazlığı ilə üz-üzədir.
Bu barədə Hindistan Milli Dəyişikliklər İnstitutunun hesabatına deyilir. Hesabat müəllifləri idda edirlər ki, bu gün ölkə əhalisinin yarısı (1,3 milyarddan 600 milyonu) su çatışmazlığı ilə qarşılaşır. Ancaq 2030-cu ildə bu vəziyyət bir qədər də ağırlaşacaq.
Hesabatda deyilir ki, 2020-ci ildə Hindistanın 21 meqapolisində (böyük şəhər) yeraltı su ehtiyyatları tükənəcək və bundan 100 milyon adam zərər görəcək: “Hindistanın su resurslarının 70 faizi çirklidir ki, bu da suyun keyfiyyətinə görə ölkəni 122-ci yerdə qərarlaşdırır”.