Vulkan püskürdü, bəxtəvər oldular – Havaya qiymətli daşlar dağıldı

Google+ Pinterest LinkedIn Tumblr +

Havay adalarında Kilauea vulkanının püskürməsi nəticəsində qiymətli daşlar göyə sovrulub.

Biosfer.az xarici mətbuata istinadən xəbər verir ki, vulkan püskürməsi nəticəsində adanın küçələrinə “olivin” adlı qiymətli daşlar səpələnib.

Bildirilir ki, yaşıl rəngli xırda qiymətli daşlar vulkan püskürdükcə hələ səpələnməkdə davam edəcək.

Havay adalarında Kilauea vulkanı artıq beş həftədir ki, püskürməkdə davam edir.

Qeyd edək ki, yüksək keyfiyyətli “olivin”in bir karatının qiyməti 450 dollara yaxındır.

Paylaş