ETSN-in rəsmisi açıqlama verdi

Google+ Pinterest LinkedIn Tumblr +

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) plastik tullantıların idarə olunması və çeşidlənməsinin təşkili təşəbbüsü çərçivəsində Bakının müxtəlif parklarında plastik qabların toplanması üçün 10-dan artıq konteyner yerləşdirib.

Bunu Biosfer.az-a açıqlamasında ETSN-in Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, sosial aksiya davam etdiriləcək: “Artıq 100 ədəd konteyner də sifariş verilib və əhalinin sıx toplaşdığı ərazilərdə yerləşdirilməsi nəzərdə tutulub”.

İ.İbrahimova hər kəsi plastik və polietilen tullantıların idarə edilməsi işinə dəstək olmağa, onlardan istifadəni azaltmağa çağırıb.

Paylaş