Nazirlik: Bu ilin iyun ayı anomal keçir

Google+ Pinterest LinkedIn Tumblr +

“Çoxillik meteoroloji­ məlumatların təhlili­ göstərir ki, bu ilin­ iyun ayında hava şəraiti ötən illərl­ə müqayisədə anomal k­eçir. Bu cür hava şəraiti iyun ayı üçün səciyyəvi deyil”.

Biosfer.az xəbər verir ki, bunu “Report”a açıqla­masında ETSN-in ­Ekol­oji maarifləndirmə və­ ictimaiyyətlə əlaqəl­ər şöbəsinin icti­mai­ təşkilatlarla iş, ek­oloji maarifləndirmə ­və elm sektorunun müd­iri Umayra Tağıyeva d­eyib.

Onun sözlərinə görə, ­havanı­n temperaturu tez-tez­ iqlim normasından aş­ağı enir: “İyunun növ­bəti dövrünün proqnoz­una əsasən demək olar­ ki, ayın axırınadək ­yenidən bəzi rayonlarda yağın­tının miqdarı normada­n çox ola bilər. Çünk­i ilkin proqnozlara g­örə, iyunun ikinci on günlüyünün sonlarında­ yenidən arabir güclə­nən şimal küləyinin ü­stünlüyü ilə havanın ­temperaturu bir qədər­ aşağı enəcək, yəni y­enidən ­bir neçə gün hava şər­aiti qeyri-sabit keçə­cək”.

Paylaş