İranın Tehran vilayətində fırtına qopub.
Biosfer.az xəbər verir ki, güclü yağışlar və qasırğa nəticəsində 18 nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanalara yerləşdirilib.
Qeyd olunur ki, küləyin sürəti saatda 83 km-ə çatıb. Məhz bu külək və güclü yağış ağacların və elektrik dirəylərin qırılmasına gətirib çıxarıb. Həmçinin bəzi binaların fasadları da dağılıb.