Tovuzda LEYSAN: Taxıl sahələri batdı, şəhər camaatı işıqsız qaldı

Google+ Pinterest LinkedIn Tumblr +

Bu gün səhər saat 05.00 radələrindən başlayaraq 2 saat ərzində Tovuzda leysan xarakterli yağış yağıb.

Biosfer.az APA-ya istinadən xəbər verir ki, nəticədə kənd təsərrüfatına sahələrinə, xüsusən taxıl sahələrinə ciddi ziyan dəyib.

Rayon mərkəzinə elektrik enerjisi verilişi dayanıb. Bəzi yaşayış yerləri və ticarət obyektlərinin zirzəmilərinə su dolub. Həmçinin rayon mərkəzində iki yeraltı keçidi su basıb, bir avtomobil keçiddə qalıb.

Hazırda leysanın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür.

Paylaş